image-photo_324307backend

Malinin müdafiə naziri öldürüldü

Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.

Referans Media  xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, nazir aprelin 25-də paytaxt Bamakonun yaxınlığındakı Kati ordu bazasında yerləşən iqamətgahının yaxınlığında partlayıcı maddə ilə dolu yük maşınının partladılması nəticəsində həlak olub. Hələlik bu məlumatla bağlı rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, daha əvvəl ölkə rəsmiləri S.Kamaranın silahlıların hücumu zamanı sağ qaldığını iddia edirdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki