“Manato” və “Pulum” kredit platformalarının vəzifəli şəxsi cərimələndi

Mərkəzi Bank “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

Referans.az  xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank

olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının

borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin

tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “SF Azerbaijan” Bank

olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki