image-masumiyet-muzesi-dizisi-muzeye-ilgiyi-artirdi-19595241_2396_ampbackend

“Masumiyyət Muzeyi” serialı yayımlandı – Muzey doldu-daşdı!

Nobel mükafatı laureatı Orhan Pamukun eyni adlı romanından ekranlaşdırılan “Masumiyyət Muzeyi” serialının yayımlanmasının ardından muzeyə olan maraq kəskin şəkildə artıb. İzləyicilər, İstanbulun Beyoğlu rayonunda yerləşən muzeyi ziyarət etmək üçün uzun növbələr yaratmağa başlayıblar.

Referans Media xəbər verir ki, serial yayımlandıqdan dərhal sonra, hekayənin baş verdiyi məkana yaxın olmaq istəyən insanlar muzeyin yolunu tutub. Səhər saatlarından etibarən ziyarətçi sayı artıb və giriş qapısı önündə uzun növbələr yaranıb. Növbələr bəzən 100 metrə çatıb.

“Masumiyyət Muzeyi”, Orhan Pamukun eyni adlı romanından ilhamlanaraq həyata keçirilib. İstanbulda 19-cu əsrdən qalmış bir malikanə, müəllif tərəfindən romanın atmosferini əks etdirəcək şəkildə muzeyə çevrilib. Muzey, bir romanın bədii dünyasından hərəkət edərək yaradılan ilk muzey kimi də tarixə düşüb.

Romandakı personajların əşyaları və dövrün gündəlik həyatına aid predmetlərlə hazırlanmış sərgi sahələri, ziyarətçilərə hekayəni fiziki bir təcrübə kimi təqdim edir.

Rəsmi şəxslər bildiriblər ki, yaxın günlərdə ziyarətçi sayının daha da artması gözlənilir və serialın məkana olan marağı artırdığı vurğulanır.

Muzey 2012-ci ildə İstanbulun Beyoğlu rayonunun Çukurcuma məhəlləsində, İstiklal Caddəsi ilə Tophane arasında açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki