Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Bakıda “məktəbli avtobusları” (“2School”) layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində xidmət göstəriləcək məktəblər arasında Elitar gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəblər yer alır.
Referans.az xəbər verir ki, aylıq abunə haqqının baha olması vətəndaşlar tərəfindən tənqid olunub.
Aylıq abunə haqqının 100 manatdan başladığı deyilsə də, real rəqəmlər daha yüksəkdir.
Apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, bir uşaq üçün qiymətlər aşağıdakı kimi olur:
Xırdalan şəhərindən – 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir.
Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən – 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət isə 168 manat təşkil edir.
