Türkiyədə 70 vilayətində havanın temperaturu sıfır dərəcədən aşağı düşüb.
Referans Media xəbər verir ki, bu barədə Meteoroloji Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, ən aşağı temperatur Van vilayətinin Çaldıran rayonunda (-19,9 dərəcə) qeydə alınıb.
Ölkənin Şərq və Cənub Şərq bölgələrində xüsusilə soyuq hava müşahidə olunur. Bu səbəbdən bəzi vilayətlərdə məktəblərdə tətil elan olunub.
Soyuq və şaxtalı hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilir./NOCOMMENT.az























