Rusiyanın paytaxtı Moskva şəhərində yüksək rütbəli general silahlı hücuma məruz qalıb.
Referans Media xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, general-leytenant Vladimir Alekseyev Moskvada yaşadığı evdən çıxarkən şəxsiyyəti hələlik müəyyən edilməyən şəxs tərəfindən güllələnib.
Bildirilib ki, hücum edən şəxs Rusiya Baş Qərargahında yüksək vəzifə tutan Alekseyevə bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Yaralı general xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı istintaq başladılıb.
