image-kremli11backend

Moskvadan İrəvana mesaj:Eyni şəkildə cavab verəcəyik

Rusiya rəsmisi Ermənistanla bağlı sərt açıqlamalar verib.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistanla bağlı sərt bəyanatla çıxış edib.

O bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması mümkün deyil və bu addım ölkə iqtisadiyyatı üçün ağır nəticələr doğurar:
“Ermənistan Aİİ-dən heç vaxt çıxmayacaq. Bu, onun üçün ölüm kimidir, iqtisadiyyatı üçün məhv deməkdir”.

Kalaşnikov əlavə edib ki, belə bir ssenari baş versə belə, Ermənistanın Avropa İttifaqına qəbul olunması real görünmür:
“Əgər çıxa da olsa, Aİ-yə daxil olmalıdır. Bəs onu kim qəbul edəcək?”

Rusiya rəsmisi həmçinin bildirib ki, Moskva Ermənistanın “dost olmayan addımlarına” qarşı eyni şəkildə cavab verməlidir.

Onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxması ilk növbədə ölkə sahibkarlarına ciddi zərbə vuracaq və iqtisadi itkilərə səbəb olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki