Türkiyədə innovativ qəbir daşları hazırlanıb. Belə ki, Ankarada qəbir daşlarına əlavə edilən QR kodlar vasitəsilə vətəndaşlar, dünyasını dəyişən yaxınlarının və ya ev heyvanlarının xatirələrini virtual mühitə daşıya bilirlər.
Qəbir daşlarına yerləşdirilən bu QR kodlar vasitəsilə vətəndaşlar fotolar, videolar, səs yazıları və xatirə mətnləri yükləyərək sevdiklərini yaddaşlarda yaşada bilirlər.























