İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Möhsən Rzai ABŞ Prezidenti Donald Trampa müraciət edib.
Referans Media xəbər verir ki, o bu barədə İran dövlət telekanalında çıxışı zamanı danışıb.
“Əlbəttə, biz Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Türkiyə və İraqla dostluq-qardaşlıq münasibətlərini qoruyub saxlayacağıq.
Lakin bu ölkələrdə yerləşən heç bir ABŞ hərbi bazası təhlükəsiz olmayacaq. Sizə geri qayıtmağı tövsiyə edirik. Daha irəli getməyin. Əgər biz hərəkətə başlasaq, atəşkəs və bu kimi məsələlər barədə artıq heç bir söhbət olmayacaq.
Biz müharibəyə hazır olmalıyıq və ehtimal var ki, ABŞ zərbə endirə bilər”, – qeyd edib.






















