Mürsəl Əliyevə yeni vəzifə verildi

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni direktor təyin olunub.

Referans Media nazirliyə istinadən xəbər verir ki, MMC-nin yeni rəhbəri Mürsəl Əliyevdir.

O, bu vəzifədə Ramin İsrafilovu əvəz edib.

Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki