Müşahidə olunan tozlu havanın səbəbi məlum oldubackend

Müşahidə olunan tozlu havanın səbəbi məlum oldu

  Havada toz müşahidə olunur.

Referans  xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi

rayonlarında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır. Bunu Ətraf

Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə

ölkə ərazisinə daxil olub.

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki