Azərbaycanda müxtəlif sosial qruplara dəstək məqsədilə əhaliyə “ölüm pulu”, “doğum pulu”, ailə başçısını itirməyə görə müavinət, ünvanlı sosial yardım, uşaqla bağlı digər sosial müavinətlər və s. nəzərdə tutulub. Lakin bir çox şəxslər bununla bağlı məlumatlı
olmadıqlarlndan bəzən bu ödənişlərdən yararlana bilmədiklərini deyirlər.
Bu ödənişlər
yalnız bunun üçün müraciət edən şəxslərə verilməlidir yoxsa avtomatik hər bir şəxs
üçün nəzərdə tutulub? Vətəndaşlar ödənişlərdən istifadə etmədikdə dövlət qurumu
tərəfindən məlumatlandırılırmalıdırmı?
Sosioloq
Elçin Bayramlı Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Çox
təəssüf ki, bu sahədə olduqca gülməli bir vəziyyət yaranıb. Sosial müavinətlər,
onların alınma qaydası və s. haqqında ictimaiyyətə məlumat verilmir, sanki gizlədilir.
Yalnız kimlər ki, məlumatlıdırsa, onlar bu müavinətlərdən istifadə edə bilirlər.
Müxtəlif sosial yardımlar mövcuddur, lakin bunlardan sadəcə xəbərdar olanlar
istifadə edə bilir, bu sadəcə biabırçılıqdır. Avtomatik olaraq bu kriteriyalara
cavab verənlərə bu müavinətlər təyin olunmalıdır və vətəndaşa xəbər verilməlidir.
Əks hal isə dövlət qurumuna yaraşan hərəkət deyil”.
Sosioloq
qeyd edib ki, Azərbaycanda qanunla nəzərdə tutulan bütün sosial müavinətlər bütün
vətəndaşları əhatə edir və bütün nəzərdə tutulmuş kriteriyalara uyğun olan vətəndaşlara
verilməlidir.
“Ola
bilər ki, vətəndaş ucqar bir kənddə yaşayır, savadsızdır, xəbərdar deyil bu məsələlərdən.
Bu o demək deyil ki, o öz qanuni haqqından məhrum olmalıdır. Hətta vətəndaş həmin
dövrdə gedib müavinəti almasa belə müraciət etdiyi andan etibarən dövlət büdcəsindən
həmin pul ona verilməlidir. Aidiyyatı qurumların işi də elə birbaşa budur.
Onlar araşdırmalı, həmin kriteriyalara uyğun olan vətəndaşları tapmalı və
onları müraciət etmələri üçün məlumatlandırmalıdırlar. Amma onlar sadəcə
kabinetlərində oturub bunun heç birini etmirlər. Belə çıxır ki, bununla bağlı
ayrıca bir qərar verilməlidir. Başqa cür yanaşma ola bilməz, hər kəs öz işini
görməlidir. Cərimə və s. almaq lazım olduqda vətəndaş tez və asanlıqla
tapırlar. Amma bu məsələyə gəldikdə isə tapa bilmirlər. Lakin bu belə deyil,
sistemə baxış etdikdə həmin məlumatları asanlıqla görmək olar”.
Fidan
Vəlisoy