Müxalifət tərəfdarları Tbilisidə parlament binasının qarşısında aksiya keçirir.
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, aksiya iştirakçıları əllərində Gürcüstan, Aİ və ABŞ bayraqları, eləcə də keçmiş prezident Mixeil Saakaşvilinin əfv olunmasını tələb edən plakatlar tutdular. Yürüşdə Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili də iştirak edir.
Parlament binasının ətrafına polis qüvvələri yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da hər hansı bir təxribatın qarşısını almaq üçün həyətdə növbətçilik edirlər. Qanunvericilik orqanının yerləşdiyi Rustaveli prospekti tamamilə bağlanıb.
