NATO-nun baş katibi Kiyevdə

NATO-nun baş katibi Mark Rutte Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Referans MEDİA xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yolları şirkəti Telegram kanalında məlumat yayıb.

Paylaşılan görüntülərdə Mark Ruttenin qatardan düşdüyü və platformada olduğu əks olunub.

Hələlik səfərin məqsədi ilə bağlı rəsmi məlumat verilməyib. NATO baş katibinin Ukrayna rəsmiləri ilə görüşlər keçirəcəyi və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Mark Ruttenin Kiyevə səfəri Ukraynada davam edən müharibə və Qərbin Kiyevə dəstəyi ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrə təsadüf edir. NATO və Ukrayna arasında əməkdaşlıq son illərdə daha da genişlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki