NATO ölkələri Kiyevə görə toplanacaq – Tarix

  Oktyabrın 15-də Brüsseldə Ukraynaya silah tədarükü üzrə NATO Təmas Qrupunun yeni iclası keçiriləcək.

Referans.az  xəbər verir ki, toplantı Almaniya və Böyük Britaniyanın sədrliyi ilə NATO-nun mənzil-qərargahında baş tutacaq.

“İştirakçılar Kiyevə gələcək dəstəyi və Qərb ölkələrindən hərbi yardımın koordinasiyasını müzakirə etmək niyyətindədirlər”, – deyə bildirilib.

 Qeyd edək ki, Avropa İttifaqı (Aİ) bundan əvvəl Ukraynaya 4 milyard avroluq yeni tranş ödəyib, bunun 2 milyard avrosu pilotsuz təyyarələrin istehsalı üçün istifadə olunacaq. Kiyevə verilən vəsaitin ümumi məbləği 180 milyard avroya çatıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki