22–24 avqust 2025-ci il tarixlərində “XTQ veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihə çərçivəsində Naxçıvanda geniş tərkibli tədbir keçirilib. Azərbaycanın digər bölgələrindən və Türkiyədən gələn şəhid və qazi ailələrinin qonaqlaması Naxçıvan Palace Hotel tərəfindən ən yüksək səviyyədə həyata keçirilib.
Layihə çərçivəsində baş tutan tədbirlər məhz bu oteldə təşkil olunub. Naxçıvan Palace Hoteldə şəhid və qazi ailələrinin rahatlığına, mənəvi ab-havasına xüsusi diqqət göstərilib. Otelin rəhbərliyi və bütün kollektiv üzvləri gün ərzində şəhid və qazi ailələrinin xidmətinə xüsusi diqqət ayıraraq onların səfərini unudulmaz və yaddaqalan edib. Qeyd etmək vacibdir ki, otelin əməkdaşlarının bir hissəsi qazilərdən ibarət idi və onlara göstərilən fədakar xidmət tədbirə xüsusi mənəvi rəng qatıb.
Tədbirin yekununda təşkilatçılar və iştirakçılar tərəfindən Naxçıvan Palace Hotelin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkür və minnətdarlıq bildirilib. Onların göstərdiyi qayğı, diqqət və vətənpərvər yanaşma bu layihənin uğuruna əhəmiyyətli töhfə verib.
Bu təşəbbüs bir daha göstərdi ki, dövlət qurumları, ictimai birliklər və özəl sektor birgə əməkdaşlıq etdikdə, şəhid ailələri və qazilər üçün güclü sosial dəstək platformaları formalaşır.
