Gürcüstan istiqamətində dəmir yolu əlaqəsinin bərpası ictimaiyyət tərəfindən müsbət qarşılanır. Bununla yanaşı, quru sərhədləri tam açıldıqdan sonra beynəlxalq avtobus reyslərinin yenidən fəaliyyətə başlaması məsələsi də müzakirə olunur.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bütün nəqliyyat alternativlərinin mövcud olması vacibdir.
Onun sözlərinə görə, beynəlxalq avtobus marşrutlarının fəaliyyətinin bərpası da vətəndaşlar üçün faydalı ola bilər:
“Əlbəttə, bütün alternativlərin olması vacibdir. Avtobus marşrutlarının da açılması yaxşı olardı. Qatarın qiyməti kimə uyğun deyilsə, vətəndaşlar avtobus alternativlərindən də istifadə edə bilərlər”.
Deputat qeyd edib ki, Gürcüstan istiqamətində qatar xəttinin fəaliyyətə başlamasını müsbət qiymətləndirir:
“Mən bütün hallarda qatar xəttinin açılmasını müsbət qiymətləndirirəm. Sevindirici haldır və avtobusların da açılması yaxşı olardı”.
Gülnaz Abdullazadə
