image-ferid-qayibovbackend

Nazir sektor müdirini rəis TƏYİN ETDİ

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.

Referans Media-nın əldə etdiyi xəbərə görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Elşən Hüseynov təyinat alıb.

O, bundan əvvəl Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri olub.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki