İranın Xarici İşlər Nazirliyi ABŞ-ı İsrailin İrana yönəlmiş hücumlarına görə məsul hesab etdiyini açıqlayıb.
Bu barədə “Tasnim” agentliyi nazirliyin yayımladığı rəsmi bəyanata əsaslanaraq məlumat verib.
Sənəddə qeyd olunub ki, Tehrana qarşı istənilən hərbi təxribatın ağır nəticələri İsrail və onun arxasında duran qüvvələrin üzərinə düşəcək.
Nazirlik vurğulayıb ki, İsrail bu hücumları ABŞ-in dəstəyi və razılığı olmadan həyata keçirə bilməzdi: “Vaşinqton administrasiyası bu rejimin əsas müttəfiqi kimi baş verənlərin məsuliyyətindən yayına bilməz”, – bəyanatda deyilir.
Musavat.com