Yuxusuzluq bu gün bir çox insanın qarşılaşdığı problemdir. Təbii çayla bu problemi asanlıqla həll edə bilərsiniz.
Referans.az xəbər verir mi, yuxusuzluq həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir göstərir. Yuxusuzluğun həlli təbiətdədir. Kəklikotu çayı yuxu problemləri ilə mübarizə üçün ən təsirli bitki çaylarından biridir.
Kəklikotu çayı təkcə yuxusuzluğa deyil, bir çox digər sağlamlıq problemlərinə də yaxşı gəlir.
Kəklikotu çayı kəklikotu bitkisinin yarpaqlarından hazırlanan bitki çayıdır. Kəklikotu qədim zamanlardan həm yemək, həm də müalicəvi içkilərə əlavə edilir. Antioksidant xüsusiyyətləri sayəsində kəklikotu orqanizmi toksinlərdən təmizləyir, immunitet sistemini gücləndirir, infeksiyalardan qoruyur. Soyuqdəymə və qripin qarşısını almaqda xüsusilə təsirlidir.
