Bakının mərkəzində 1 saat işıq olmayacaqbackend

Bakının mərkəzində 1 saat işıq olmayacaq

  Nərimanov rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Referans-a “Azərişıq” ASC-dən bildirilib.

İyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq 227 nömrəli yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 20:00-dan 21:00-dək Nərimanov rayonunun bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki