İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Dohada baş vermiş hücuma görə qətərli həmkarından üzr istəyib.
Bu barədə “Reuters”ə Netanyahunun yaxın mənbəsi məlumat verib.
Üzr zəngi ABŞ-ın paytaxtı Vaşinqtondan, Ağ Evdən edilib. Netanyahu həmin vaxt ABŞ Prezidenti Donald Trampla görüş keçirirdi.
Məlumata görə, Netanyahu Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani ilə telefon danışığı aparıb. Eyni zamanda, ayrıca mənbə bildirir ki, Qətərə məxsus texniki heyət də hazırda Ağ Evdə danışıqlarda iştirak edir.///Globalinfo.az
