Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim olunub

Növbəti köç karvanı ilə Ağdam şəhərinə köçürülən 156 nəfərdən ibarət 41 ailəyə yeni mənzillərin açarları təqdim olunub.

Referans Media xəbər verir ki , mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

 
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı davam etdirilir.

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Referans Media  xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 41 ailə (156 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki