Ölçüsü kiçik, qiyməti inanılmazdır – Milyon dollarlıq çanta hər kəsi təəccübləndirdi

Asiyanın ən zəngin iş adamlarından biri olan Mukeş Ambaninin qızı İşa Ambani qatıldığı moda nümayişində istifadə etdiyi lüks çantası ilə dünya mediasının diqqətini çəkib.

Referans Media xəbər verir ki,  34 yaşlı Ambaninin daşıdığı kiçik ölçülü çanta sadəcə aksessuar deyil, demək olar ki, qiymətli daşlardan hazırlanmış bir zərgərlik nümunəsi kimi təqdim olunur. İçərisinə yalnız bir pomada yerləşən çantanın dəyərinin 2 milyon dollardan çox olduğu bildirilir.

Mikro ölçülü xüsusi dizaynlı çanta minlərlə kəsilmiş brilyantdan hazırlanıb. Onun üzərində ümumilikdə 3 025 parlaq kəsimli almaz istifadə edildiyi qeyd olunur.

Təxminən 2 milyon dollar dəyərində olan bu nadir aksessuar hazırkı məzənnə ilə təxminən 4 milyon manata yaxın qiymətə bərabərdir.

Lüks moda dünyasında çanta ilə zinət əşyası arasındakı sərhədləri aradan qaldıran bu xüsusi dizayn, həm qiyməti, həm də qeyri-adi görünüşü ilə böyük marağa səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki