Ondan geriyə bu sözlər qaldı… – Video

“Məcburam ki, kinonu götürüb qaçım. Bilirəm ki, kino sahəsində inkişaf olacaq, amma mən o günü görmək istəyirəm”.

Referans Media xəbər verir ki, bu sözləri xalq artisti Rasim Balayev “Xəzər” televiziyasında yayımlanan “Zarafat bir yana” verilişində deyib:

“Mən kino sahəsinin öz inkişafına dönməsini və o filmlərdə özümü görmək istəyirəm. Amma yaş məsələsi var. Bu gün varsan, sabah yoxsan”.

Qeyd edək ki, Xalq artisti, aktyor Rasim Balayev bu gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, I Fəxri Xiyabanda dəfn ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki