Onlar dərsə həftədə üç dəfə gedəcəklər

  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsində dərs günlərinin sayı artırılıb.

Referans xəbər verir ki, bu barədə Teleqraf-a universitetdən məlumat verilib.

Bildirilib ki, bu ildən etibarən yalnız UNEC-də deyil, ümumilikdə respublika üzrə magistratura səviyyəsində dərs saatları həftəlik 12 saata yüksəldilib.

Bu səbəbdən magistrantlar həftədə üç dəfə dərsə gəlməlidirlər.

Məlumata görə, dəyişiklik magistratura təhsilinin təsnifat standartlarına əsasən həyata keçirilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki