Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi karvanın Suriyanın Cəbəl əl-Zəviya bölgəsindən SDF silahlıları ilə təmas xəttinə doğru hərəkətə başladığı bildirilir.
Bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, Suriya hökumət qüvvələri də kürd silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatlara hazırlaşır.
Nəşr bildirir ki, planlaşdırılan zərbələr genişmiqyaslı hücum deyil və əsas məqsəd YPG/SDF-nin nəzarətində olan ərazilərdə siyasi təzyiqi artırmaqdır.
Məlumata əsasən, Dəməşq rəsmi dairələri bu addımla daha əvvəl dayandırılmış danışıqlara yenidən qayıdılmasına nail olmağa çalışır. Hökumət qüvvələrinin hədəfində YPG/SDF-nin nəzarətində olan bəzi şəhər və mövqelərin olduğu bildirilir.//globalinfo.az























