Özəl sektorda çalışanların maaşlarından bu qədər vergi TUTULACAQ – İLLİK FAİZLƏR

2500 manata qədər əməkhaqqıdan cəmi 3 faiz gəlir vergisi tətbiq ediləcək. Dünyada çox az ölkədə bu qədər aşağı rəqəmlə gəlir vergisi mövcuddur. Biz ümumi fiskal yükü tənzimləyirik.

Referans.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gələn ilin büdcəsi ilə bağlı müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırlanan yeni layihə ilə bunu daimi dərəcələrlə tətbiq edirik:

“2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə 7%-lə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manta qədər 7 %, 8000 manatadək 10 %, 8000-dan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Bunun özü də çox böyük bir güzəştdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki