Panamanın paytaxtında yerləşən həbsxanada kütləvi qaçış hadisəsi baş verib. Ümumilikdə 195 məhbus müxtəlif şəraitdə həbsxanadan qaçıb.
Referans Media xəbər verir ki, hadisə zamanı baş verən qarşıdurmalarda ən az 3 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb.
Təhlükəsizlik qüvvələrinin keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində qaçan məhbuslardan 123-ü yenidən saxlanılıb. Qalan məhbusların tutulması üçün axtarış tədbirləri davam etdirilir.
Rəsmilər hadisənin başvermə səbəblərinin araşdırıldığını və ölkə üzrə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
