Paşinyandan Şuşanın işğalı günü diqqətçəkən ÇAĞIRIŞ

“Ermənistan cəmiyyəti sülh uğrunda ayağa qalxmalıdır”.

Referans Media  Teleqraf-a istinadən xəbər verir ki, bunu Sünik bölgəsində (Qərbi Zəngəzur) seçki kampaniyası çərçivəsində seçiciləri ilə görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz dövlət və sülh uğrunda ayağa qalxmalıyıq”, – o bildirib.

Nikol Paşinyan bölgə sakinlərini mayın 28-də İrəvanda keçiriləcək hərbi parada qatılmağa da çağırıb:

“28 mayda kimin imkanı varsa, “Respublika” meydanına gəlsin. Son illərdə baş verənləri sizə göstərmək istəyirik. Ordumuzda baş verənləri sizə göstərmək istəyirik”.

Baş nazir Ermənistanın yaşamaq uğrunda mübarizə dövrünü keçdiyini söyləyib:

“Yaşamaq vaxtı gəldi”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki