Payızda gözlənilməz hadisələr olacaq: Ermənistan vurulacaq – Cavaxyan

“Müxalifətin parlamentdəki mandatlarından imtinasını düzgün hesab etmirəm”.

Referans Media  globalinfoaz-a istinadən xəbər verir ki, bunu erməni yazıçı Levon Cavaxyan qeyd edib.

 
O bildirib ki, hakim partiyanın seçkidəki uğurunu “Pirr qələbəsi” adlandırmaq olar:

“Tezliklə Paşinyanın Baş Prokuror, Mərkəzi Seçki Komissiyasının sədri, Korrupsiya Məhkəməsinin hakimini və s. təyin etmək imkanı olmayacaq. Dövlət idarəçiliyi gəmisi zədələnib. Rusiya qəzaya uğramış gəmini torpeda ilə vurmağa davam edəcək. Payızda gözlənilməz hadisələr olacaq. Müxalifət kritik ana hazır olmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki