Peter Magyar Macarıstanın baş naziri oldu – YENİLƏNİB

Macarıstan Milli Assambleyası (Parlamenti) aprel ayında keçirilən parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Magyarı hökumət başçısı seçib.

Referans Media xəbər verir ki, qərar yeni Macarıstan Parlamentinin ilk iclasında elan edilib.

Milli Assambleyanın sədri Aqnes Forsthöffer səsvermənin nəticələrini açıqlayıb:

“140 deputat Magyarın namizədliyinin lehinə, 54 deputat əleyhinə səs verib, bir deputat isə bitərəf qalıb”.

Nəticələr elan edildikdən sonra Magyar Macarıstan bayrağı altında and içib.

Daha sonra o, andiçmə mərasimində çıxış etməyə başlayıb.

*** 16:03

Macarıstanın yeni parlamenti mayın 9-da ilk iclasına toplaşacaq.

Referans Media xəbər verir ki, burada seçkilərdə qalib gələn “Tisza” partiyasının lideri Peter Magyar baş nazir seçiləcək.

Parlament iclası bütün üzvlərin andiçmə mərasimi ilə başlayacaq, ardınca spiker və onun müavinlərinin seçilməsi keçiriləcək.

“Tisza” Balatonfüreddən olan 46 yaşlı parlament üzvü Aqnes Forstxofferi spiker vəzifəsinə namizəd göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki