image-polisbackend

Polis 9 avtomat silahı, 20 tüfəng aşkar edib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Referans Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 20 tüfəng, 6 patron darağı və 475 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki