Polşa-Belarus sərhədində gizli tunel AŞKARLANDI

  Polşada Belarus sərhədi yaxınlığında qanunsuz tunel aşkar edilib.

Referans.az   xəbər verir ki, bu barədə Polşa Daxili İşlər naziri Marçin Kervinski məlumat verib.

“O, Podlaxiya Sərhəd Xidmətinin zabitləri tərəfindən Polşa-Belarus sərhədində hasarın altında aşkar edilib. Tunel Belarusdan başlayır və sərhədin təxminən 20 metr Polşa tərəfinə qədər davam edir” — deyə o bildirib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki