Premyer Liqa: “Qarabağ” qələbə qazandı, liderliyə yüksəldi

  Futbol üzrə Misli Premyer Liqasında X tura start verilib.Referans xəbər verir ki, günün yeganə oyununda “Qarabağ” “İmişli” ilə qarşılaşıb. “Azərsun Arena”da keçirilən görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə 52-ci dəqiqədə Abdullah Zubir penalti zərbəsini dəqiq yerinə yetirib. Matçda son nöqtəni isə 82-ci dəqiqədə Emmanuel Addai vurub.

Bir oyun az keçirən “Qarabağ” bu qələbə ilə xallarını 20-yə çatdıraraq liderliyə yüksəlib. “İmişli” isə 12 xalla 8-ci sırada qalıb.

Qeyd edək ki, X turun matçları noyabrın 2-də başa çatacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki