Putin Lukaşenko ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşəcək.

Referans Media  xəbər verir ki, bunu Krmelin sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskov liderlərin beynəlxalq məsələləri müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, görüş çərçivəsində Sülh Şurası ilə bağlı müzakirə nəzərdə tutulmur.

Kreml sözçüsü Putin və Lukaşenkonun gələcəkdə Şuraya üzvlük məsələsinə dair fikir mübadiləsi aparmalarını istisna etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki