Putin Qrenlandiyanın “qiymətini” açıqladı: 250 milyon dollar!

Rusiya Prezidenti Vladimir Putin Qrenlandiyanın təxmini qiymətini açıqlayıb.

Referans Media xəbər verir ki, Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə onlayn görüş keçirib.

İclasda ABŞ Prezidenti Donald Trampın Qəzza sülh planı çərçivəsində yaradılan “Sülh Şurası”na dəvət edildiklərini bildirib. Putin bildirib ki, Rusiyanın strateji tərəfdaşları ilə bu təklifi müzakirə etdikdən sonra ABŞ-a cavab verə biləcəklər.

Putin vurğulayıb ki, təklifin əsas məqsədi Orta Şərqdəki vəziyyəti, Fələstin xalqının problemlərini və Qəzza Zolağındakı humanitar böhranı həll etməkdir.

O, Rusiyanın Fələstin xalqı ilə xüsusi əlaqələrini nəzərə alaraq köhnə ABŞ administrasiyası dövründə dondurulmuş Rus aktivlərindən 1 milyard dolları Sülh Şurası üçün göndərə biləcəyini bildirib.

Putin Qrenlandiya ilə bağlı da danışıb:

“Qrenlandiyada baş verənlər bizi maraqlandırmır. ABŞ ilə 1867-ci ildə Alyaska məsələsini həll etdiyimiz təcrübəmiz var. Bilindiyi kimi, Rusiya Alyaskayı ABŞ-a satmışdı.”

O, qeyd edib ki, Alyaska 1,717 milyon km², ABŞ isə onu 7,2 milyon dollara almışdı. Bugünkü inflyasiya ilə bu təxminən 158 milyon dollara bərabərdir.

Qrenlandiya isə təxminən 2,166 milyon km² ərazisi ilə Alyaskadan böyükdür. Putin hesablayıb ki, bu, 200–250 milyon dollar qiymətində ola bilər.

Putin əlavə edib ki, bu məsələni ABŞ və Danimarka “öz aralarında” həll edəcək. O, Danimarkanın Qrenlandiyanı koloniyalaşdıraraq sərt davranışına da toxunub, lakin bunun hazırda heç kimin diqqətini çəkməyəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki