Volodimir Zelenski Ukraynadakı təmas xəttində xarici kontingentin olmasının dünyanı Kreml lideri Vladimir Putinin gələcək təcavüzündən qoruya biləcəyini bildirib.
Referans Media xəbər verir ki, Ukrayna prezidenti bu barədə CNN-ə verdiyi müsahibədə deyib.
“Xarici qoşunların təmas xəttində yerləşdirilməsi Rusiya üçün yeni müharibənin başlamasını çox təhlükəli edərdi. Onlar dəstək qüvvələrindən, bazalardan və beynəlxalq nümayəndələrdən qorxurlar. Belə bir iştirak olmadan heç bir söz Putini dayandıra bilməz.
Əgər biz onu həqiqətən dayandırmaq istəyiriksə, nüfuzlu ölkələrin vasitəçilik edə biləcəyinə əmin deyiləm. Əgər bu vasitəçilikdirsə, o, özünü günahkar hiss etmir. Bu, böyük problemdir. Mən heç kimi tərəf seçməyə məcbur etmirəm. Amma məsələ burasındadır ki, müharibəyə son qoymaq istəyiriksə, Putinə onun səhv etdiyini deməliyik. Kompromis üzərində qurulan dialoqların işləyəcəyinə əmin deyiləm”.
Zelenski qeyd edib ki, onun fikrincə, ABŞ prezidenti Tramp, Çin lideri Si, Hindistanın baş naziri Modi və digər nüfuzlu dünya liderləri Putini bu müharibəni dayandırmalı olduğuna inandırmalıdırlar./publika.az























