Qaranlıqda açılan ekran uşağa zərər verir

Axşam saatlarında ekranların ani parlaqlıq dəyişməsi uşaqların beyninə böyüklərlə müqayisədə daha güclü təsir göstərir. Mavi işıq yalnız yuxuya getməyi gecikdirmir, həm də bioloji ritmi, diqqət bacarıqlarını və ertəsi günkü performansı zəiflədir. Qaranlıq mühitdə parlaq ekrana baxmaq isə bu təsiri daha da artırır.

Mütəxəssislər bildirir ki, qaranlıq otaqda telefon və ya planşetin birdən açılması uşaqlarda baş ağrısı, göz yorğunluğu, melatoninin azalması və yuxu pozuntularına səbəb ola bilər. Marmara Universitetinin mütəxəssisi Doç. Dr. Ayşe Burcu Erdoğdu Yıldırım qeyd edir ki, uşaqların sinir sistemi hələ inkişaf mərhələsində olduğu üçün işığa daha həssasdır.

Onun sözlərinə görə, axşam saatlarında ekran işığı beyndə süni “gündüz” effekti yaradır və yuxu rejimini pozur. Bu səbəbdən uşaqlarda diqqət, yaddaş və emosional tənzimləmə problemləri yarana bilər.

Mütəxəssis tövsiyə edir ki, yatmazdan ən azı 30–90 dəqiqə əvvəl ekranlardan uzaq durmaq, məcburi hallarda isə gecə rejimindən istifadə etmək daha sağlamdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki