“Abşeron dairəvi dəmiryolu marşrutu üzrə yerləşən stansiyalardakı turniketlərdən SİMA-Pay üz tanıma vasitəsilə ödəniş edərək keçid prosesi sınaq mərhələsindədir”.
Referans.az xəbər verir ki,bu sözləri Globalinfo.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev deyib.
Onun sözlərinə görə, proses yekunlaşdıqdan sonra vətəndaşlar tuniketlərdən SİMA-Pay üz tanıma vasitə ilə ödənişlərini edib keçə biləcəklər:
“Məqsəd pik saatlarda 1-2 saniyə ərzində vətəndaşların turniketlərdən keçidini təmin etməkdir”.
