Mütəxəssislər bildirirlər ki, uşaqların tualetdə uzun müddət qalmasının əsas səbəblərindən biri telefon və rəqəmsal ekran asılılığıdır. Bu vərdiş qəbizlik probleminin artmasına səbəb ola bilər.
Vefik Arıca, Prof. Dr. Cemil Taşcıoğlu Şehir Hastanesi Uşaq Sağlamlığı Klinikasının təlim məsulu olaraq bildirib ki, Türkiyədə uşaqlar və yeniyetmələr gündə orta hesabla 6–8 saat telefon və digər rəqəmsal ekran qarşısında vaxt keçirir. Bu isə tualetdə qalma müddətinin uzanmasına və qəbizliyin yaranmasına səbəb olur.
Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr arasında hər 4 nəfərdən biri qəbizlik problemi ilə üzləşir. Mütəxəssislər valideynlərə tualetdə telefon istifadəsini məhdudlaşdırmağı tövsiyə edirlər.
