Qərbdən Rusiyanı qəzəbləndirəcək təklif

“Atəşkəs əldə olunarsa, Avropa ölkələri Ukraynada öz “sülhməramlı” kontingentlərini yerləşdirməyə hazır olmalıdırlar”.

Referans Media  xəbər verir ki, bunu Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veber deyib .

“Avropanın operativ strukturlarının – Avropa bayrağı altında əsgərlərin olmasının vaxtı çatıb. Təbii ki, onların arasında almanlar da olacaq”, – siyasətçi bildirib.

Bundan əlavə, Veber Xristian Sosial Birliyinin (CSU) partiya konfransında ümumi Avropa ordusunun yaradılması təklifini təqdim etmək niyyətində olduğunu açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki