Ramiz Mehdiyev müxalifət partiyasının lideri ilə necə görüşüb? – Deputat faktları açdı

İddialara görə, bu foto AMİP-in 5 illik yubileyində çəkilib. İctimaiyyətdə sual yaranır ki, həmin vaxt Müsavat və AXCP-nin yubiley tədbirlərinə hakimiyyət nümayəndələri iştirak etmədiyi halda, nədən AMİP-ə bu cür yüksək diqqət göstərilib?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Ramiz Mehdiyev və Etibar Məmmədovun şəkili 1997-ci ildə AMİP-in 5 illik yubileyində çəkilib:

“O dövrdə protokol qaydası belə idi ki, hökumət nümayəndələri mütləq tədbirlərdə iştirak etməli idilər. AMİP isə ölkənin əsas aparıcı müxalifət partiyası sayılırdı. Mərhum Prezident Heydər Əliyevin tapşırığı ilə Ramiz Mehdiyev hökuməti təmsil edərək partiyanın yubileyini təbrik etmək üçün tədbirə qatılmışdı. Həmin vaxt hazırkı Prezident İlham Əliyev də SOCAR-ın birinci vitse-prezidenti kimi tədbirdə iştirak etmişdi”.

AMİP-ə göstərilən diqqətin səbəbini izah edən Arzuxan Əlizadə qeyd edib ki, o dövrdə AMİP əsas müxalifət partiyası olaraq parlamentdə təmsil olunurdu:

A.Əlizadə həmçinin qeyd edib ki, AMİP 2001-ci ildə Binəqədidəki böyük qərargahından məhrum edildikdən sonra yeni qərargahla təmin olunmamışdı, halbuki digər partiyaların qərargahları mövcud idi:

“AMİP 2000-2024-cü illər ərzində parlamentdə təmsil olunmasa da, AXCP və Müsavatın nümayəndələri parlamentdə iştirak edirdilər. Milli İstiqlal Partiyasının Ramiz Mehdiyev ilə yaxın münasibətdə olması barədə heç bir fakt yoxdur. Lakin bəzi digər siyasi qurumlara pərdəarxası münasibətlərin mövcud olduğu da sirr deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki