“Ötən
gün Türkiyədə növbəti güclü zəlzələ baş verdi. Bu mənim əvvəlki müsahibələrimdə
qeyd etdiyimin bir təzahürüdür. Mən də qeyd etmişdim ki, Türkiyədə davamlı zəlzələlər
baş verəcək. Ümumilikdə, Türkiyə ərazisi mürəkkəb tektonik qurşaqda yerləşir.
Bu qurşaq üç nəhəng pilitənin birləşməsidir. Üstəlik, bir neçə aktiv faylar da
mövcuddur”.
Bu sözləri Geologiya və Geofizika İnstitutunun şöbə müdiri,
seysmoloq Qulam Babayev Referans.az
– a açıqlamasında deyib.
“2023-cü
ildən sonra bu ərazi kəskin tektonik dəyişməyə məruz qalmışdır. Buna görə də bu
ərazi hələ də tektonik və seysmik baxımdan sabitləşməyib. Seysmik hadisələr
göstərir ki, bu sabitləşmə hələ yaxın müddətdə olmayacaq”.
Seysmoloq
hesab edir ki, Türkiyə ərazisində bir neçə güclü zəlzələlər yenə də baş verəcək
amma bunu Azərbaycan üçün demək olmaz.
“Düşünmürəm
ki, Azərbaycanda güclü, dağıdıcı zəlzələ baş versin. Çünki Azərbaycanda yerdəyişmə
sürəti Türkiyədəki kimi deyil. Aktivdir amma o qədər də intensiv deyil. Bu səbəbdən
dağıdıcı zəlzələ gözlənilmir. Amma hiss olunan zəlzələ qaçınılmazdır. Çünki
region silkələnir. Azərbaycan sabit qala bilməz. Amma hiss olunan zəlzələ
baxımından bunu deyə bilərik. Hiss olunan zəlzələ isə 3.5-5 maqnitudalı zəlzələlər
nəzərdə tutulur. Bu zəlzələlər isə aktiv ərazilərdə – Böyük Qafqazın cənub-şərq
yamacı, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Naxçıvan ərazisi,
Talış ərazisi, Kiçik Qafqazın şimal yamacı, Qarabağın özü və s. seysmik ərazilərdə
hiss olunan zəlzələr qeydə alına bilər”.
Fidan
Vəlisoy