Regionu qarışdıran xəbər – Əzizi qisas vədi verdi

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi bölgədə artan gərginlik fonunda sərt açıqlama verib.

Referans Media xəbər verir ki, o, bu barədə “Fars” agnetliyinə açıqlamasında bildirib. Əzizi bildirib ki, İranın müəyyən etdiyi yeni dəniz rejiminə hörmət olunmalıdır:

“Eyni səhvi təkrar-təkrar etmək sizə fərqli bir cavab verməyəcək, yalnız daha inandırıcı cavab alacaqsınız. Hər kəs etdiyinə görə cavab verəcək. İslam Respublikası baş verən hər şeyin qisasını almaq gücünü özündə saxlayır”, — deyə Əzizi vurğulayıb.

İranlı rəsmi xüsusilə Hörmüz boğazı və ətraf sularda baş verən hadisələrə toxunaraq, bölgədə xarici hərbi fəaliyyətlərin diqqətlə izlənildiyini qeyd edib./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki