Rusiya Müdafiə Nazirliyinin hərbi nümayəndəliyinin rəhbəri Tatarıstanda saxlanılıb.
“Referans MEDİA” bildirir ki, Tatar-İnform agentliyinin Tatarıstan Respublikası üzrə FSB İdarəsinə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin Tatarıstandakı hərbi nümayəndəliyinin rəhbəri korrupsiyada ittiham olunub.
Faktla bağlı “Rüşvət alma” və “Dövlət müdafiəsi müqaviləsinin icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddələri ilə cinayət işi açılıb. İstintaq davam edir.
