Rusiyalı turistlərin 2026-cı ilin iyun ayı üçün ən çox üz tutacağı xarici ölkələrin siyahısı açıqlanıb.
Referans Media xəbər verir ki, məlumatı “RİA Novosti” agentliyi “Ostrovok” otel və mənzil sifariş xidmətinə istinadən yayıb.
Bildirilib ki, rusiyalı turistlər xüsusilə Asiyaya böyük maraq göstərirlər:
“2026-cı ilin iyun ayında rusların ən populyar 10 beynəlxalq istiqaməti Belarus, Türkiyə, Abxaziya, Gürcüstan, Ermənistan, İtaliya, Özbəkistan, Qazaxıstan, Yaponiya və Tailand olub”.
Məlumatda qeyd edilib ki, ən böyük artım məhz Asiya ölkələrinə səyahətlərdə müşahidə olunur. Belə ki, Cənubi Koreyaya səfərlər iki dəfə artıb. İndoneziyaya sifarişlər 61 faiz, Vyetnama 74 faiz, Çinə isə 53 faiz yüksəlib.
“Ostrovok” həmçinin yaxın ölkələrə marağın da artdığını vurğulayıb.
“Gürcüstan üzrə sifarişlər 31 faiz, Ermənistan üzrə 22 faiz, Türkiyəyə üzrə isə 17 faiz artıb”, – məlumatda bildirilib./Globalinfo.az
