Rusiyanın paytaxtı Moskvada bir avtomobildə baş verən partlayış nəticəsində rus generalı həlak olub.
Referans Media Rusiya mətbuatına istinadən xəbər verir ki, ölən şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat təlimi şöbəsinin rəisi, general-leytenant Fanil Sarvarovdur. Rəsmi qurumlar hələlik bu məlumatı təsdiqləməyib.
Hadisə ilə bağlı araşdırma aparılır. Səlahiyyətli orqanlar partlayışın səbəbini müəyyənləşdirməyə çalışır.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat təlimi şöbəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvanın cənubunda avtomobil partlayışı nəticəsində həlak olub.
Bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko məlumat yayıb.
“22 dekabr səhəri Moskvanın Yasenevaya küçəsində avtomobilin altına qoyulmuş partlayıcı qurğu partladılıb. General-mayor Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb”, -, bildirib.
Hərbçinin qətli ilə bağlı cinayət işi açılıb.
