image-google-reu-2076406backend

Rusiyadan Google-a 11,4 milyon rubl cərimə: “Qadağan olunmuş məzmunu bloklamayıb”

Rusiyada qadağan olunmuş bəzi məzmunlara çıxışı məhdudlaşdırmadığı üçün Google şirkətinə 11 milyon 400 min rubl (təxminən 145 min dollar) məbləğində cərimə tətbiq olunub.

Referans Media xarici xəbər saytına iatinadən xəbər verir ki, Google-a qarşı açılan iş paytaxt Moskva şəhərində baxılıb.

Məhkəmə şirkətin qadağan olunmuş bəzi məzmunlara girişin qarşısını almadığını və bununla da qanunvericiliyin tələblərinə əməl etmədiyini müəyyən edərək, Google-un 11 milyon 400 min rubl cərimə ödəməsi barədə qərar verib.

Qeyd edək ki, Google daha əvvəl də qadağan olunmuş məzmunları silmədiyi, Rusiyadakı istifadəçilərin şəxsi məlumatlarını ölkə daxilində saxlamadığı və digər pozuntulara görə müxtəlif məbləğlərdə cərimələrə məruz qalıb.

Şirkət son olaraq 27 fevralda əvvəlki cərimələri ödəmədiyi üçün 16 milyard rubl məbləğində cərimələnmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki