image-rusya-trump-cilgin-politikasini-surdururse-3-19617596_3525_ampbackend

Rusiyadan ŞOK XƏBƏRDARLIQ: Üçüncü Dünya müharibəsinə HAZIR OLUN

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına cavab olaraq regionda gərginlik kəskin artıb. Bu vəziyyət fonunda Rusiyadan dünyanı həyəcanlandıran açıqlama gəlib.

Referans Media xəbər verir ki, Dmitriy Medvedev, ABŞ prezidenti Donald Trampın siyasətini davam etdirməsi halında 3-cü Dünya Müharibəsinin şübhəsiz başlayacağını bildirib.

Medvedevin sözlərinə görə, İranın nüvə silah proqramını sürətləndirməsi artıq qaçılmazdır və regiondakı kiçik bir hadisə belə qlobal münaqişəyə səbəb olacaq.

Medvedev ABŞ-ın İran siyasətini “çılğın və təhlükəli” adlandırıb. Medvedev, ABŞ və müttəfiqlərinin qlobal hakimiyyətlərini qorumaq üçün hərəkət etdiyini vurğulayıb.

Medvedev Avropa Birliyinin İran məsələsində “ABŞ-ın vassalı” kimi davrandığını bildirib və əlavə edib ki, “Bu, ABŞ və müttəfiqləri tərəfindən qlobal dominantlığını qorumaq üçün aparılan müharibədir. Donuzlar öz yem axurlarından ayrılmaq istəmirlər”. O, ABŞ-ın Rusiyadan qorxduğunu qiymətləndirərək, nüvə münaqişəsi təhlükəsinin məlum olduğunu və Rusiyanın buna zəmanət verdiyini qeyd edib.

28 Fevralda İsrail və ABŞ İranı hədəf alan hərbi əməliyyatlara başlayıb. İran da ABŞ və İsrailin əksinə, Qətər, BƏƏ və Bəhreyn daxil olmaqla bəzi region ölkələrinə zərbələr endirib.

Hücumlarda İran lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək səviyyəli rəsmi şəxslər öldürülüb. İran Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, ölkədə bombardıman nəticəsində 555 ölən, 747 yaralı olduğunu açıqlayıb.

Medvedevin xəbərdarlığı, dünyada nüvə riskini və qlobal gərginliyi artıran ciddi bir mesaj olaraq qiymətləndirilir.

Bu hadisələr fonunda Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb və qlobal enerji, iqtisadiyyat və təhlükəsizlik sahələrində risklər yüksəlməkdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki